Başlıcaİctimaiyyət
Nümayişçilər Yerevanda bir sıra küçələri bağlamağa çalışır

ER Baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər Yerevanın bir sıra küçələrini bağlamağa çalışır. “Armenpres”-in verdiyi məlumata görə, nümayişçilər trafiki iflic etmək üçün Abovyan-Moskovyan küçəsini bağlamağa çalışır.
Nümayişçilər “Kamaz” yük maşınları ilə Miasnikyan prospektini də bağladyıblar. Polis trafiki tənzimləmək üçün tədbirlər görür. Daşnaktsutünün üzvü Geğam Manukyan isə Maştots prospektindəki etiraz aksiyası zamanı tutulub.
Qeyd edək ki, “Vətən Qurtuluş Hərəkatı” ER Baş Naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaş itaətsizlik etirazlarına başlayıb. İtaətsizlik aksiyaları saat 17:00-a qədər davam edəcək.