ArtsaxBaşlıcaSiyasət

Prioritet məsələ danışıqlara qayıtmaqdır: Ayvazyan

Gələcəkdə ATƏT-in Minsk qrupu həmsədrləri DQ məsələsi ilə bağlı danışıqların başladılmasını müzakirə etmək üçün bölgəni ziyarət edəcəklər. Bunu Moskvada Ermənistan və Rusiya Xİ nazirlərinin birgə brifinqi zamanı ER Xİ naziri Ara Ayvazyan bildirib.

“Üçtərəfli razılaşmanın atəşkəs və qan tökülməsinin qarşısının alınması baxımından müvəqqəti olduğunu söyləməzdim. Razılaşmada qaçqınların qaytarılması və digər məsələlərlə bağlı, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas parametrləri əks etdirən əsaslı müddəalar mövcuddur”,-deyə Ayvazyan qeyd etdi.

O bildirib ki, prioritet münaqişə zonasında vəziyyət sabitləşən kimi danışıqlara qayıtmaqdır. ER Xarici İşlər nazirinin sözlərinə görə, hər şey edilməlidir ki, son aylarda baş verən faciə təkrarlanmasın.

Ayvazyan, ATƏT-in Minsk qrupunun DQ münaqişəsinin son həllinə beynəlxalq dəsətyini sübut etdirən son bəyanatına da əhəmiyyət verib.

Xİ naziri danışıqların yeni prosesi üçün zəmin yaradmasının zərurətini də qeyd etdi.

RF Xİ naziri Sergey Lavrov da öz navbəsində qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri son illərdə böyük işlər apardı. Lavrovun sözlərinə görə, Minsk qrupu münaqişənin həlli üçün mümkün yol tapmağa çalışdı və üçtərəfli razılaşmanın müddəaları buna əsaslanırlar.

Daha çox göstər
Back to top button