
Dekabrın 8-də ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bir qrup vəkil, Ermənistan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi ilə Dağlıq Qarabağ münaqişəsi zamanı əsir götürülmüş şəxslərin münabadiləsi və cəsədlərin qaytarılması ilə bağlı inkişafları müzakirə edib.
ABŞ səfirliyindən bildirilib ki, səfir, əsirlərlə ləyaqətli davranış və onların təhlükəsiz qayıtmasının ABŞ üçün prioritet olduğunu qeyd edib. O, əsirlərə qarşı şiddəti qınayaraq, günahkarların ədalət mühakimə olunmasının vacibliyini vurğulayıb.
Səfir Treysi ABŞ-ın ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişəyə davamlı siyasi həll tapma öhdəliyini vurğulayıb.