
ABŞ, Türkiyənin Dağlıq Qarabağdakı son hərbi əməliyyatlarda oynadığı roldan son dərəcə narahatdır. TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Philip Reeker məlumat verib.
“Türkiyənin oradakı rolu ilə bağlı bir çox sualımız var. Biz Türkiyənin rolu, xarici döyüşçülərin göndərilməsi, silahların çatdırılması ilə bağlı müzakirələrdə bu narahatlığı ifadə etdik. Bu məsələlər narahatlıq doğurur və Türkiyə və Rusiya ilə dialoqumuzun bir hissəsi olaraq qalır”,-deyə o qeyd etdi.
O, ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsinin (Helsinki) üzvləri üçün brifinqdə çıxış etdi.