ArtsaxBaşlıcaSiyasət

AİHM 23 girov barəsində təcili tədbir görülməsinə qərar verdi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə nəticəsində əsir götürülən 23 nəfər barəsində təcili tədbirlər görülməsinə qərar verdi.

Bu barədə hüquq müdafiəçisi Artak Zeynalyan və vəkil Siranuş Sahakyan öz Facebook səhifələrində bildirblər.

“Avropa İnsan Hüquqları Məhkəməsi 27.09.2020 tarixdə səhər erkən saatlarında Artsaxa qarşı Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı girovgötürülən hərbi qulluqçularının hüquqlarının qorunması iddiası ilə əlaqədar müraciətlərimizi təmin etdi (30.11.2020թ, 02.12.2020թ, 04.12.2020թ, 07.12.2020,)və 23 nəfər barədə təcili tədbirlərin görülməsinə qərar verdi”,- deyə onlar yazdı.

Avropa Məhkəməsi, Azərbaycan hökumətindən onların həbs olunma faktı, olduğu yer, saxlanma şəraiti və tibbi yardım barədə sənədləşdirilmiş məlumat tələb etdi. Məhkəmə tələb olunan məlumatları təqdim etmək üçün müvafiq tarixlərini təyin etdi (07.12.2020, 09.12.2020, 10.12.2020, 11.12.2020, 14.12.2020).

Bundan başqa, Azərbaycan Hökuməti Avropa Məhkəməsinin əvvəlki işlərdə qaldırdığı suallara cavab olaraq qaçaq, natamam cavab verdi. Xüsusən, erməni əsirlərinin harada və hansı şəraitdə saxlanıldığına dair əsaslı bir cavab vermədi, onların tibbi müalicəsi üçün hər hansı bir sübut təqdim etmədi.

Daha çox göstər
Back to top button