ArtsaxBaşlıcaSiyasət

Ara Ayvazyan Lı Drian ilə mətbuat konfrans ərzində əsirlər və kilsələrdən danışıb

Ermənistan Respublikasının Xarici İşlər naziri Ara Ayvazyan, Fransa Xarici İşlər naziri Jan-Iv Lı Drian ilə keçirdiyi mətbuat konfransında əsirlər və mədəniyyət abidələri haqqında danışdı.

Bu barədə ER Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bildirdi.

Nazir, Azərbaycan hərbçiləri tərəfindən erməni hərbi əsirlərinə qarşı qeyri-insani rəftar hallarını kəskin şəkildə pislədi.

“Bütün bunlar Azərbaycanın yüksək rəhbərliyi tərəfindən pisləmir, həm də ictimai dəstək alırlar”,- deyə nazir qeyd etdi.

Ayvazyan Azərbaycanın hədəf aldığı mədəniyyət abidələrini də toxundu.

“Azərbaycanın işğalı altındakı Artsax ərazilərində bir çox orta əsr erməni mədəni və dini abidələri də erməni nifrətinin təzahürləri hədəfindədir. Azərbaycan tərəfi bunları məhv etməyə ya da dəyişdirməyə çalışır”,- deyə Ara Ayvazyan qeyd etdi.

O, qeyd etdi ki, Fransa Xarici İşlər naziri ilə beynəlxalq təşkilatlar vasitəsilə dini və mədəni abidələrin qorunması barədə fikir mübadiləsi apardılar.

Daha çox göstər
Back to top button