Başlıcaİctimaiyyət

Azərbaycanda üçtərəfli razılaşmadan narazılıq artır

Azərbaycanda Ermənistan, Azərbaycan və Rusiya arasında Dağlıq Qarabağ ətrafındakı üçtərəfli bəyanatdan narazıdırlar.

Azərbaycanla müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Stepanakertə çatdırılması məqsədi ilə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb. Buradan maşın karvanı ilə Stepanakertə yola düşüb.

“Azadlıq” qəzeti məsələ ilə bağlı jurnalist Elçin Rüstəmlinin fikirlərini paylaşıb:

“Azərbaycanla Ermənistan arasında hər hansı sülh razılaşması yoxdur;

Qarabağdakı ermənilər Azərbaycanın suverenliyini qəbul etmirlər;

Qarabağda Azərbaycanın qanunları işləmir, bizim nəzarətimiz altında yaşamırlar;

Qarabağda 25 mindən çox Ermənistan ordusu var və onlar ərazilərdən çıxmayacaqlarını bəyan edirlər.

Bəs bu nə yardımbazlıqdır? Buna niyə imkan veririk? Azərbaycan ərazisindən düşmənə niyə yardım daşınmalıdır?”

Daha çox göstər
Back to top button