ArtsaxBaşlıcaİctimaiyyət

Ermənistan Artsaxın erməni əhalisinin evlərinə qayıtması məsələsindən narahatdır: Ara Ayvazyan

ER Xarici İşlər naziri Ara Ayvazyan Fransalı həmkarı ilə mərtbuat konfransında Fransaya öz təşəkkürünü bildirib. Bu barədə ER XİN telegram kanalında məlumat yayılıb.

“Son aylarda biz Fransa xalqının və dövlətinin dəstəyini hiss etdik. Bunun ən bariz sübutu həm humanitar yardımdır, həm də Fransız ziyalılarının, sənətkarların, mədəniyyət xadimlərinin, dövlət nümayəndələrinin və siyasətçilərin minlərlə bəyanatı və nəşridir”,- Ara Ayvazyan qeyd etdi.

Nazir bildirib ki, Fransalı həmkarı ilə səmərəli söhbət aparılıb və Artsax məsələsi müzakirə edilib.

“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli məsələsini ətraflı müzakirə etdik. Mən bildirdim ki, Ermənistan müharibə zamanı Artsaxı tərk edən erməni əhalisinin yaşayış yerlərinə etibarlı və ləyaqətlə qayıtması məsələsindən narahatdır”,-deyə ER Xİ naziri vurğuladı.

Daha çox göstər
Back to top button