BaşlıcaSiyasət

“Hayastan” Ümumerməni Fondu Hərbçilərin Sığorta Fonduna 1.100.000 dollar köçürəcək

“Hayastan” Ümumerməni Fondu bildirir ki, “Bizik, bizim sərhədlərimiz” layihəsi çərçivəsində toplanan vəsaitlərdən 1 milyon 100 min dollar Hərbçilərin Sığorta Fonduna köçürüləcək.

“Bu məbləğin 932.892 dolları “OneArmenia” tərəfindən, 100.000 dolları isə fondun Montrealdakı filialı tərəfindən verilib.

Qalan 67.108 dollar isə fərdi şəxslər verib köçürmələridir. Bütün hallarda, ya donorlarla əvvəlcədən bir razılaşma olub, ya da köçürmənin məqsədi hissəsində “Hərbçilər Sığortası Fonduna” köçürmək barədə qeyd ediblər”- deyə açıqlamada qeyd olunur.

Vurğulanır ki, fond yaralı hərbçilərin müalicəsi və reabilitasiyası üçün müxtəlif proqramlara dəstək verməyə davam edəcək. Eyni zamanda, vətənə dəstək olmaq və Artsax xalqına kömək etmək üçün Spyurkun müxtəlif icmalarında pul toplama tədbirləri davam edir.

Daha çox göstər
Back to top button