BaşlıcaEkonomika

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb.

İdarədən bildiriblər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.

Həmçinin qeyd ediblər ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri “Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin – Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu”nun 17 dəfə aşkarlandığını qeyd ediblər

“Bununla əlaqədar olaraq, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”, – deyə xidmətdən bildirilib.

Daha çox göstər
Back to top button