
Rusiya MN xüsusi tibbi dəstəsinin hərbi mütəxəssisləri Artsaxda əlavə tibb məntəqələri yerləşdirib.
Rusiya MN mətbuat xidmətindən verilən məlumata görə, Stepanakertdə, Xocalıda və Laçın dəhlizində Rusiya sülhməramlı qüvvələrinin müşahidə məntəqəsində əlavə tibb məntəqələri açılıb.
Əlavə tibb məntəqələrində müxtəlif ixtisaslardakı həkimlər, habelə yerli əhaliyə yardım göstərən psixoloji xidmət mütəxəssisləri çalışır.
Qeyd olunur ki, əlavə tibb məntəqələri xəstələrin yerində ilkin diaqnozda müayinə olunmasına imkan verən müasir avadanlıqlarla təchiz olunub.