BaşlıcaSiyasət

Suriyalı terrorçular əsir deyildir: İstintaq Komitəsi əsirlərin mübadiləsinə toxunub

Suriyalı terrorçu muzdlular hərbi əsir deyildir, təslim və ya mübadilə edilməzlər. Bu barədə ER İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rima Yeganyan “Sputnik Armenia”ya bildirib.

“Suriyalı terrorçu muzdlular ittiham olunan statusundadır və  saxlanılır”- deyə o qeyd edib.

Suriya vətəndaşları Yusef Alabet Al Hacin və Muhhrab Muhammad Al Şxer, ER Cinayət Məcəlləsinin 389-cu maddəsinin (beynəlxalq terrorizm), 34-390-cı maddəsinin 1-ci hissəsinin 1-ci nöqtəsi, 3-cü hissəsinin 1-ci nöqtəsi (silahlı qarşıdurmada beynəlxalq humanitar hüququn ciddi pozuntuları) və 395-ci maddənin 3-cü hissəsi (muzdluluq) ilə ittiham olunur.

Hər ikisi də dindirmə zamanı bildirib ki, müəyyən pul müqabilində Suriyadan Artsaxa qarşı müharibədə döyüşməyə gəlib.

Daha çox göstər
Back to top button