ArtsaxBaşlıca

Şuşi gələcəkdə geosiyasi mübarizənin katalizatoru ola bilər: David Babayan

Azərbaycan hakimiyyətinin Şuşi ilə bağlı böyük geosiyasi planları var. Artsax Prezidentinin müşaviri Davit Babayan bunu “NEWS.am” ilə söhbətində bildirib.

“Şuşinin itkisi öz nəticələriylə Ani itkisi ilə müqayisə edilə bilər, amma problem odur ki, Şuşi 1992-ci ildən bəri bölgədə sülhü və sabitliyi təmin edən bir faktor olaraq gələcəkdə geosiyasi mübarizə üçün ciddi katalizator ola bilər”- deyə David Babayan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan çox böyük avtomobil yolunun tikintisinə başlayıb, 4 zolaqlı avtomobil yolunun eni orta hesabla 36 metr olacaq, yol, işğal olunmuş Hadrutdan Şuşiyə qədər uzanır. Bu o deməkdir ki, rəsmi Bakı Şuşiyə mənəvi, psixoloji və tarixi əhəmiyyət verməklə yanaşı, iqtisadi və hərbi-siyasi, ilk növbədə hərbi-siyasi əhəmiyyət verir.

“Daha əvvəl də dediyimiz kimi, istisna olunmur ki, Şuşi yeni yaradılmış Qarabağ inzibati vahidinin mərkəzi və ya üstəlik, Azərbaycanın ikinci paytaxtı olacaq. Hətta güman etmək olar ki, Azərbaycan hakimiyyəti Şuşidə türk dövlətlərinin zirvə toplantılarını keçirmək və ya hərbi təhsil daxil olmaqla ümumtürk təhsil müəssisələri açmaq niyyətindədir. Aydındır ki, bütün bunların pantürkizmin yayılması uğrunda apardığı mübarizədə geosiyasi məqsədlər üçün edilır”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button