
Üç əsirlə yanaşı, Azərbaycan erməni tərəfinə yaşlının cəsədi təhvil verib. Bu barədə Artsax İnsan Hüquqları Müdafiəçisi Artak Beglaryan məlumat verir.
“O, Azərbaycanda hələ də bizə məlum olmayan şəraitdə əsirlikdə ölüb”- deyə Beglaryan “Facebook” səhifəsində yazıb.
Beglaryan, təhvil verilmiş əsirlərə gəlincə qeyd edir ki, azərbaycanlıların işğalı zamanı yaşayış yerlərində qalıblar və ciddi sağlamlıq problemləri səbəbiylə prioritet olaraq Ermənistan tərəfinə təhvil verilib.
“Bu insanların yaxınlarına geri dönmələri barədə artıq lazımi şəkildə məlumat verildi”- deyə Beglaryan qeyd edib.
O vuğulayıb ki, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan ilə insan hüquqlarının qorunmasına yönəlmiş işi koordinasiya edirlər və bu çərçivədə geri qaytarılan şəxslərin hüquqları ilə əlaqəli vəziyyətləri öyrənmək üçün müvafiq tədbirlər görəcəklər. Əsirlər və itkin düşənlər haqqında məlumatların toplanması və təhlili, dövlət orqanlarına mümkün qədər kömək etmək, habelə müxtəlif beynəlxalq təşkilatlarla əlaqəli məsələlər qaldırmaq üçün birgə səylərini davam etdirirlər.