BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan arasında hələ dəqiq sərhəd yoxdur: Baş nazirinin müavini

Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə danışıqlar bu ilin sonuna qədər davam edə bilər.

Bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Onun sözlərinə görə, hökumətdə bu problemlə idarələrarası qrup məşğul olur.

“Danışıqlara gəldikdə isə, onlar, çox güman ki, bu il rusiyalı tərəfdaşların vasitəçiliyi ilə keçiriləcək»,- Avinyan bildirdi.

Eyni zamanda, o qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hələ dəqiq sərhəd yoxdur. Danışıqlar üçün Ermənistan tərəfi bütün lazımi xəritələr və sənədlər hazırlayır.

Daha çox göstər
Back to top button