BaşlıcaSiyasət

Sotk yatağının inzibati binası Ermənistan tərəfindədir: Avinyan

Sotk yatağının inzibati binası Ermənistan tərəfindədir. Bunu ER parlamentinin iclasında Baş nazirin müavini Tigran Avinyan deyib.

“Sotk qızıl yatağı ilə bağlı bəzi dəqiqləşdirmə aparılıb və yatağın bir hissəsində Ermənistan və Azərbaycan SQ-ləri daha dəqiq şəkildə yerləşdirildi. Yatağın istismarı məsələlərinin qanuni əsasları var, bunlar həm də danışıqlar prosesi məsələləridir, yaxın gələcəkdə müzakirə ediləcək”,-Avinyan qeyd etdi.

Onun sözlərinə əsasən, demarkasiya işləri üçün 1938-ci ildən əvvəl yaradılan xəritələri nəzərə alınacaqdır, çünki 28-29-cu illərin xaritələri o dövrdə iki ölkə tərəfindən qəbul olunmuşdur. Ancaq bu, digər xəritələrin müzakirə olunmayacağı anlamına gəlmir.

Avinyan əlavə etdi ki, ER Silahlı Qüvvələri və Rusiya sülhməramlıları bütün hissələrdə aparılan işlərdə iştirak edirlər.

Daha çox göstər
Back to top button