
Üçtərəfli atəşkəs bəyanat ilə əlavə sənəd yoxdur. Bunu Ermənistan Respublikasının Parlamentində Baş nazir Nikol Paşinyan bildirib.
“Mənə bu gün dedilər ki, elə xəbərlər yayılıb, sanki bəzi əlavə sənədlər, digər şeylər var. Deyim ki, heç bir əlavə sənəd yoxdur”- deyə o söyləyib.
Baş nazir, təhlükəsizlik və hələ də bitməmiş proseslər səbəbindən demarkasiya prosesi və xüsusilə Laçın dəhlizi ilə bağlı sualı cavablandırmadı.
Bunun əvəzinə Paşinyan Parlamentə bu mövzu ilə bağlı qapalı müzakirə təşkil etməyi və bütün suallara əsaslandırılmış cavablar verməyi təklif etdi.
“Hərbi vəziyyət şəraitində hər şeyi açıq şəkildə müzakirə etdiyimiz o qədər də düzgün deyil. Ancaq başa düşürəm ki, Parlament deputatlarının və Parlamentin bunu bilmək haqqı var və hökumət bütün suallara cavab vermək məcburiyyətindədir, belə format təklif edirəm: gəlin qapalı iclas keçirək, bütün sualları cavablandıraq, sessiyadan sonra müzakirə olunan məlumatların hansı hissəsini açacağımıza və hansı hissəsini açmayacağımıza əvvəlcədən razılaşaq”- deyə o qeyd edib.