
Yerevandan Bakıya gedən təyyarə İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyətini Bakıya aparıb.
Bu barədə Ermənistanının Xarici İşlər Nazirliyindən bildiriilb.
“Yerevandan Bakıya gedən təyyarə ilə əlaqədar bildiririk ki, dekabrın 8-də İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəldi. Nəzərdə tutulmuş proqrama əsasən nümayəndə heyəti daha sonra Bakıya yola düşüb.
Onu da bildirmək istəyirik ki, nümayəndə heyəti Yerevandan Bakıya uçuş üçün lazımi icazə almış və İtaliya hökumətinə xidmət edən təyyarə ilə uçub”, – deyə XİN-dən bildiriblər.