BaşlıcaSiyasətTəhlil

Ekspert Cənubi Qafqazdakı “altılıq platformasının” reallaşdırmasından şübhələnir

Türkiyə və Azərbaycanın Cənubi Qafqazda “altılıq platforması” yaratmaq fikri maraqlıdır, lakin hələ real deyil. RİA Novosti ilə söhbətində bunu Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun baş elmi işçisi Mixail Roçin söylədi.

Qeyd edək ki, Türkiyə prezidenti Tayyib Ərdoğan Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev ilə birlikdə Cənubi Qafqaz bölgəsində Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və istediyi zaman Ermənistanı da əhatə edə biləcək bir “altı platforma” yaratmağı müzakirə etdiklərini söylədi.

“Maraqlı bir fikirdir, amma əvvəlcə vəziyyət sakitləşdirilməlidir. Müxtəlif tranzit layihələrin necə inkişaf edəcəyini anlamaq lazımdır, türklər hələ də dəmir yolu layihəsi ilə məşğuldurlar. Belə bir əhatəli platformanın yaradılmasının nə qədər mümkün olduğu hələ bilinmir”,- Rosçin bildirdi.

Onun fikrincə, belə bir platforma olsaydı, təkcə Qafqaz üçün deyil, Yaxın və Orta Şərq üçün də sabitləşdirici xarakter daşıyardı.

Ekspert qeyd etdi ki, indi Ermənistan siyasi bir böhran içindədir və bu səbəbdən Türkiyə və Azərbaycanla hər hansı bir platformaya girmək üçün çətin ki, bir razılığa gələ biləcək. Bundan əlavə, Rusiya Türkiyənin Cənubi Qafqazda güclənməsini istəmir.

Daha çox göstər
Back to top button