
ER MEA Şərqşünaslıq institutunun direktoru Ruben Safrastyan dünən Bakıda parad zamanı Əliyevin etdiyi bəyanatlara toxunub. Qeyd edək ki, Bakıda parad zamanı Əliyev deyib ki, Yerevan, Zangezur və Sevan “tarixi Azərbaycan torpaqlarıdır”.
“Əliyevnin bəyanatları yeni deyil, bunlar Azərbaycanın on illərdir davam edən anti-erməni və tarixi saxtalaşdıran təbliğatının bir hissəsidir. Lakin bu dəfə Əliyevin sözləri çılpaq təbliğat çərçivəsindən kənara çıxdı, çünki bu Azərbaycanın Artsax üzərində aqressiv müharibədə qələbəsinə həsr olunmuş hərbi paradda və Türkiyə prezidentinin hüzurunda deyilib. Buna görə də Ermənistan Əliyevin dediklərinə ciddi yanaşmalı, Xarici İşlər Nazirliyi açıqlama verməlidir. Cavab vermədən buraxmaq yolverilməzdir”- deyə Safrastyan qeyd edib.
Ekspertin fikrincə, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağın sərhədində olduğu müddətdə, Ermənistanla Azərbaycan arasında yeni müharibə real deyil.
“Nə qədər ki, Dağlıq Qarabağdan qalanlar Rusiyanın sülhməramlı qüvvələri tərəfindən qorunur, yeni hərbi əməliyyatlar ola biləcəyini düşünmürəm. Ancaq beş ildən sonra ayrılsalar, hər şey ola bilər”- deyə Safrastyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünə təhlükə olduğu təqdirdə Rusiya və KTMT öz sözünü deyəcəklər.