
İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Twitter-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən parad zamanı verdiyi açıqlamaya cavab verdi.
“Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır? HEÇ KİM BİZİM sevgili Azərbaycanımız haqqında danışa bilməz (Zərif İran Azərbaycanını nəzərdə tutur)”,-deyə o yazdı.