BaşlıcaSiyasət

Peskov Ermənistan və Azərbaycandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya toxundu

Kreml Ermənistan və Azərbaycandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirdi ki, bu məsələ Kremlə aid deyildir.

Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir:

“Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”.

Daha çox göstər
Back to top button