BaşlıcaSiyasət

Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylər siyasi bəyanatlarla pozulmamalıdır: Mariya Zaxarova

Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylər siyasi bəyanatlarla pozulmamalıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “hərbi açıqlamaları” haqda sualını cavablandırarkən bildirib.

“Bölgədəki vəziyyətin sülh yolu ilə yenidən qurulmasına, hərbi əməliyyatların dayandırılmasına, tərəflərin danışıqlar masasına gətirilməsinə və qaçqınların geri qayıtması üçün ən mürəkkəb proseslərin başladılmasına, infrastrukturun bərpasına, həyatın normallaşdırılması üçün ilkin şərt və şəraitin yaradılmasına çox səylər göstərildi. Çox böyük səylər göstərilib, böyük qüvvə sərf olunub, siyasi bəyanatlar məhz bu prosesləri asanlaşdırmalıdır”, – deyə Mariya Zaxarova diplomat vurğulayıb.

Daha çox göstər
Back to top button