ArtsaxBaşlıcaSiyasət

Rus ekspert: Qarabağ Müdafiə Ordusunun hərbçiləri böyük fədakarlıq göstərdi

Unutmamalıyıq ki, türk hərbçilər də Qrabağda hərbi əməliyyatların idarəsində iştirak etmişdir. Bu barədə Azərbaycan SQ-nin Baş qərargah rəisi söyləmişdi və vəzifəsindən azad edilmişdi. Bu cür məlumatlar qərbi mənbələrdən də gəlir.

Bunu Moskva-Yerevan onlayn telemostu zamanı Hərbi Elmlər doktoru, Rusiya Raket və Artileriya Elmləri Akademiyasının İnformasiya Siyasəti üzrə sədrini müavini Konstantin Sivkov bildirdi.

“Azərbaycan müharibədən öncə qarşısında qoyduğu məsələni həll edə bilmədi. Qarabağ ərazisinin tam nəzarətinə nail olmadı. Düşünmürəm ki, bu halda erməni tərəfi məğlub olub. O qalib gəlib. Qarşı tərəfin altı qat üstünlüyü ilə qarşılaşdığı şəraitdə dünyada heç bir ordu daha çox şey edə bilməzdi.

Müdafiə xarakterli döyüşlərdə düşməni belə bir güc tarazlığı qarşısında qırmaq, ərazinin bir hissəsini itirmək bahasına olsa belə, böyük bir işdir. Azərbaycan ordusu bir gündə 1 kilometr irəliləyirdi. O çox azdır. Yaşasın Dağlıq Qarabağ ərazisində vuruşan döyüşçülər. Tamamilə neytral danışıram və bu sözləri eyni vəziyyətdə olacaq hər bir orduya təkrar edə bilərəm”,-deyə ekspert qeyd etdi.

“Арсенал Отечества” jurnalının baş redaktoru Viktor Muraxovski isə qeyd edib ki, Dağlıq Qarabağ ərazisində müdafiə əsasən vətənlərini qoruyan əsgər və zabitlərin qəhrəmanlıq hərəkətləri ilə həyata keçirildi.

Daha çox göstər
Back to top button