
Son günlərdə noyabrın 9-dan etibarən ən ciddi gerginləşməsi oldu. Bu barədə ER Baş naziri Nikol Paşinyan bu gün canlı yayım zamanı qeyd edib.
“Ötən şənbə günü Rusiya sülhməramlılarının hələ o hissəyə yerləşdirməməsindən istifadə edərək, Azərbaycan xüsusi qüvvələri Artsaxdakı Hadrutun Hin Tağer, Xtsaberd kəndləri istiqamətinə hücuma cəhd göstərib və o yaşayış məntəqələrini nəzarətə götürüb. O ərazidə mülki əhali yox idi. Əməliyyat zamanı Artsax MO-nun 6 hərbçisi yaralanıb. Digər zərər çəkənlər barədə məlumatlar dəqiqlədirilir. Onların yerləşə biləcəyi ərazi hazırda əlçatmazdır və əraziyə girişin təmin olunması üçün tədbirlər görülür”- deyə o qeyd edib.
Paşinyan xatırladıb ki, dünən Təhlükəsizlik Şurasının iclasında Rusiya sülhməramlılarının bu bölgəyə yerləşdirilməməsinin müzakirə mövzusu olduğunu söyləmişdir.
O qeyd edib ki, Rusiya sülhməramlıları artıq o ərazilərə yerləşdirilib və həmin ərazilər erməni qüvvələrinin nəzarəti altında qalmalıdır.
“Əlbətdə, Azərbaycanın həyata keçirdiyi hərəkətlər təxribat xarakteri daşıyır, eyni zamanda Rusiya sülhməramlılarının mövcudluğunu dəyərdən salmağa yönəlmişdir. Onlar göstərmək istəyirlər ki, sülhməramlılar onların təxribatlarını dayandıra bilmirlər”- deyə Paşinyan vurğulayıb.