Azərbaycanda karantin rejimi sərtləşdirildi

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gündən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.