ArtsaxBaşlıcaSiyasət

Erməni kəndlərin işğalında türklərin iştirakı barədə bəzi məlumatlar var: Nikol Paşinyan

Artsaxın Xtsaberd və Hin Tağer erməni kəndlərinə qarşı hücumda türk xüsusi təyinatlıların də iştirakı barədə bəzi məlumatlar var.

Bunu Təhlükəsizlik Şurasının iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu istiqamətlərdə rus sülhməramlıları hələ ki yerləşdirilməmişdilər və erməni tərəfinin 6 yaralısı vardır.

Baş nazirin sözlərinə görə, döyüşlər yalnız rus sülhməramlıların oraya yaxınlaşmasından sonra dayandırılıb. Ancaq Hin Tağer və Xtsaberd Azərbaycan nəzarəti altına düşüb.

Nikol Paşinyan vurğulayıb ki, iki kənd də Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindədir və bu məntiqlə bunlar erməni qüvvələrinin nəzarətində olmalıdırlar. Bundan başqa, noyabrın 9-da bu ərazilər erməni ordusunun nəzarəti altında idi.

ER Baş naziri Azərbaycan tərəfinin üçtərəfli razılaşmanı pozduğunu bildirdi. Nikol Paşinyana görə, Azərbaycanın hücumu zamanı sülhməramlıların niyə erməni yaşayış məntəqələri ərazisində yerləşdirilməməsi ayrı bir araşdırma mövzusudur.

Daha çox göstər
Back to top button