BaşlıcaSiyasət

Ermənistanda və Artsaxda 3 günlük matəm elan olunacaq

ER Baş naziri Nikol Paşinyan bildirib ki, 19 dekabrdan  ER-da 3 günlük matəm elan olunacaq. Onun sözlərincə,  Respublikanın meydanından Yerablura doğru  xatirə yürüşü təşkil olunacaq. Digər xatirə anma  tədbirləri də olacaq.

“O günə qədər mümkündür ki, bütün qurbanlarımızın cəsədləri tapılmasın, amma düşünürəm ki, bu dövlət qərarı təxirə salına bilməz”- deyə baş nazir qeyd edib əmin  edərək ki, cəsədlərin axtarış, şəxsiyyətinin müəyyən edilmə, itkin düşənlərin yerinin dəqiqləşdirilmə işləri  daha intensiv aparılacaq.

Artsax Prezidenti Arayik Harutyunyan “Facebook” səhifəsində yazı dərc edərək bildirib ki, ER Baş naziri ilə Artsax və Ermənistan Respublikalarında 3 günlük matəm elan etmək barrədə razılığa gəlib.

“Onların adları qəlbimizdə, erməni tarixinin səhifələrində əbədi olaraq qalacaq”- deyə Arayik Harutyunyan yazıb.

Daha çox göstər
Back to top button