
Gegharkunikin icra hakimiyyət başçısı Gnel Sanosyan Jil, Pambak, Daranak kəndlərinin istiqamətlərində bəzi hissələrin, mövqelərin düşmənə verilməsinə dair xəbərlərini təkzib etdi.
Bu barədə Gnel Sanosyan “Facebook” sahifəsində yazdı.
Bəzi xarici media nümayəndələri və facebook istifadəçiləri saxta xəbərlər yayıblar güya ki, Gegharkunikin bəzi hissələri, xüsusən Pambak, Daranak kəndlərinin bəzi mövqeləri düşmənə verilib.
“Qeyd olunan xəbər həqiqətə uyğun gəlmir”,- deyə Sanosyan bildirdi.
O qeyd etdi ki, ER Silahlı Qüvvələri bütün istiqamətlərdə qarşıya qoyulan tapşırıqlarını yerinə yetirir.