Qarabağda münaqişənin həlli formatı ilə bağlı seçim Azərbaycan və Ermənistanın üzərinə düşürdü, bəyanat iştirakçılarının tərkibi də, İranın təqdim etdiyi sülh planına diqqət yetirilməməsinin səbəbi də məhz budur.
“Riya Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN başçısı bildirdi.
“Biz indi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya kömək edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Bəyanatdakı iştirakçıların tərkibini də yalnız bu müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola bilməzdi. İndi vacib olan əldə olunmuş bütün razılaşmaları necə tamamlayacağımızı və qarşıdurma bölgəsini birgə yaşayış bölgəsinə, qonşuluq və əməkdaşlığa çevirəcəyimizi düşünməkdir”,- deyə Lavrov vurğuladı.
Rusiya XİN başçısı qeyd etdi ki, Dağlıq Qarabağ məsələsində onları hərəkətə gətirən qan tökülməsinə son qoymaq istəyi idi.
Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdi. Bunun arxasında hər hansı başqa məqsəd yoxdur”,- deyə Sergey Lavrov deyib.