BaşlıcaSiyasət

Solovyov Bakıda Ərdoğanın bəyanatlarına reaksiya verib

Vladimir Solovyov Bakıda keçirilmiş parada toxunaraq bildirib ki, Ermənistan Bakı paradında Əliyevin və Ərdoğanın dilə gətirdiyi təhqirlərə rəsmi olaraq cavab verməyib ya da mən bilmirəm. Amma toxunmaq istədiyim bir şey var.

Bakı paradında Ərdoğan bildirib ki, “bu gün Ənvər Paşanın ruhunun şad olduğu günüdür”. Siz Ənvər Paşanın kim olduğunu bilirsiz? O gənc türklərin naziri idi, erməni soyqımını təşkil edənlərdən biri.

Ərdoğan Ənvər Paşanın kimin tərəfindən öldürüldüyünü bilirmi? O, Sovet silahlı qüvvələrinin erməni əsilli polkovniki Hakob Melkumyan tərəfindən öldürüldü”.

Solovyov qeyd edir ki, Hakob Melkumyan bütün ermənilərin adından intiqam aldı.

“Cənab Ərdoğan xatırlasın ki, hər bir Ənvər Paşanın hakob Melkumyanı vardır”,-deyə Solovyov vurğuladı.

Daha çox göstər
Back to top button