ABŞ Türkiyəyə sanksiyalar qoydu
ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.
O qeyd edib ki, Birləşmiş Ştatlar S-400 raketlərinin ABŞ-ın hərbi texnologiyalarına və heyətinə təhlükə təşkil etdiyini Ankaraya aydın şəkildə bildirib:
“NATO sisteminə uyğun alternativin olmasına baxmayarq Türkiyə S-400 sistemini alıb və sınaqdan çıxarıb. Mən Türkiyəni Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə S-400 problemini dərhal həll etməyə çağırıram. Türkiyə Birləşmiş Ştatların dəyərli müttəfiqi və mühüm regional partnyorudur. Biz Türkiyənin S-400 problemini aradan qaldırması ilə, tarixi onilliklər olan məhsuldar müdafiə sektoru əməkdaşlığını davam etdirmək istəyirik”.