
Azərbaycan İsrailin müqavilələri sayəsində Dağlıq Qarabağdakı kəşfiyyat müharibəsini qazandı. Bu barədə “İntelligence Online” yazdı.
Dünya Türkiyənin dəstəyinə və Ankaranın Azərbaycana gətirilmiş muzdlulara və İsrail istehsalı olan pilotsuz təyyarələrə diqqət yetirdiyi zaman, İsrail Bakıya kəşfiyyat məlumatları verdi.
“Tel Əviv ən müasir sensorlardan tutumuş mədən ocaqların yüksək dəqiqlikli modelləşdirməsinə qədər Bakıya son kəşfiyyat toplama texnologiyasını təqdim etdi və bununla Dağlıq Qarabağdakı münaqişənin gedişatını sürətlə dəyişdirdi.”
“İntelligence Online” bildirir ki, İsrail şirkətləri Azərbaycana Dağlıq Qarabağın coğrafi yeri barədə konkret məlumatlar təqdim etdilər və bu da Azərbaycan ordusunun pilotsuz təyyarələrinin qeyd olunan ərazilərdə hərəkətini asanlaşdırdı.
Məhz bu məlumatlar sayəsində pilotsuz təyyarələr dəqiq zərbələr endirməyi bacarıblar.
Məqalədə onu da qeyd olunur ki, İsrail İrana yaxın ərazidə öz avadanlıqlarını sınaqdan keçirə bildi. Bu da İsrail üçün çox vacib idi.