Başlıcaİctimaiyyət

Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata əsasən, Qarabağ münaqişəsi zonasında törədilən cinayətlərə görə 4 hərbi qulluqçu həbs edildi.

İstintaqla onların Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin istintaqla onlardan ikisinin Martuni rayonunun qəbiristanlığında ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

Hazırda sosial mediada yayılan digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqdadır.

Daha çox göstər
Back to top button