
ATƏT Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endryu Şofer) bölgəyə səfərindən sonra bəyanat yayıblar. ATƏT rəsmi saytında yaydığı bəyanatda deyilir.
Fransa həmsədri Stefan Viskonti və ABŞ həmsədri Endryu Şofer dekabrın 12-13-də Bakıya, dekabrın 13-14-də Yerevana gedib. Bakıda prezident Əliyev tərəfindən qəbul edilib. Xİ naziri Bayramovla görüşüblər.
Yerevanda baş nazir Paşinyan tərəfindən qəbul edilib və Xİ naziri Ayvazyanla görüşüblər.
Rusiyalı həmsədr İqor Popov səfərdə iştirak edə bilmədiyinə görə Bakıda Rusiya Federasiyasını Rusiyanın səfiri Mixail Boçarnikov, Yerevanda isə Rusiyanın işlər vəkili Aleksey Sinequbov təmsil edib.
Həmsədrlər həmçinin BQXK-nin və BMT agentliklərinin regionda fəaliyyət göstərən nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərdə iştirak edib.
Hər iki paytaxtda tərəflər yerlərdə vəziyyətə qiymət veriblər və gələn il həmsədrlərlə qarşılıqlı fəaliyyətlə bağlı gözləntilərini dilə gətiriblər.
Yeni reallıqları nəzərə alan həmsədrlər regionda sülh, sabitlik və inkişafa yardım və həll edilməmiş məsələlərin həlli məqsədilə tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə dəyişməz sadiqliklərini təsdiq ediblər.
Həmsədrlər həmçinin görüşlər zamanı qaldırılmış məsələlərlə bağlı tərəflər arasında müzakirə edilməsi üçün konkret təkliflər təqdim etmək öhdəliyi götürüblər”.