Başlıcaİctimaiyyət
Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana göndərildi

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana göndərildi.
Qeyd olunub ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Onlardan başqa, sentyabrın 27-də başlayan müharibədə əsir düşmüş 12 hərbçi də Azərbaycana göndərilib.