ArtsaxBaşlıcaİctimaiyyət

Tiqran Avinyan Avropa Birliyinin Ermənistandakı səfirini qəbul etdi

ER Baş nazir müavini Tiqran Avinyan Avropa Birliyinin Ermənistandakı səfiri Andrea Viktorinini qəbul etdi. 

Bu barədə ER Hökümətindən bildirilib. 

Görüş ərzində baş nazir müavini Tiqran Avinyan qeyd etdi ki, Ermənistanın xarici siyasətinin prioritetlərindən biri Avropa Birliyi və üzv ölkələri ilə münasibətlərin dərinləşdirilməsidir. 

O əlavə etdi ki, Avropa Birliyi ilə vizaların liberallaşdırılması məsələsində dialoqunun başlanması ikitərəfli gündəmin vacib nöqtələrindən biridir. 

Tərəflər Artsaxdakı vəziyyəti, Artsaxda olan mədəni irsinin qorunmasına dair məsələləri müzakirə ediblər. 

Baş nazir müavini əsirlərin mübadiləsi prosesinə dair məlumatlar verərək qeyd edib ki, bu istiqamətdə yeni inkişaflar olacaq.

Ermənistan tərəfi Avropa Birliyinə Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə nəticəsində məcburi köçkünlərə verilən humanitar yardıma görə təşəkürlərini bildirdi. 

Görüş ərzində Ermənistanda həyata keçirilən islahatların gündəminə də toxunulub. 

Daha çox göstər
Back to top button