
Artsax Respublikasının müşaviri Davit Babayan “Sputnik Armeniya”ya müsahibəsində son günlərdə Azərbaycanın Artsaxın yaşayış məntəqələrinə qarşı törətdiyi təcavüzə toxundu.
Davit Babayan qeyd etdi ki, Azərbaycan yeni təxribatlarla artsaxlıların tarixi vətənə qayıtmasını dayandırmaq və Artsax əhali çərçivəsində qorxu yaymaq istəyirlər.
Davit Babayanın fikrincə, bundan başqa Azərbaycan rus sülhməramlıların nüfuzuna zərbə vuraraq Ermənistanda anti-Rusiya hissləri səpmək niyyətindədir. Bu həm də Rusiya Federasiyasının reytinqinə zərbədir, Azərbaycan-Türkiyə əməkdaşlığı artıq görünür.
“Üçüncü hədəf odur ki, Azərbaycan bu cür təxribatlarla ümumilikdə Ermənistan-Rusiya qardaşlıq münasibətlərini pozmağa çalışır”,- deyə Davit Babayan bildirdi.