Azərbaycanlılar tərəfindən kimin başı kəsildiyi məlumdur – Erməni kişiləri kəndlilər tanıdı

Azərbaycanlılar tərəfindən kimin başı kəsildiyi məlumdur. Sputnik Armeniya ilə söhbətində hüquq müdafiəçisi Siranuş Sahakyan deyib ki, onlardan biri Artsaxın Madataşen kəndinin 69 yaşlı sakini Genadi Petrosyan, digəri isə 82 yaşlı Azox kəndinin sakini Yuri Asryandır.
Öldürülmüş şəxsləri onların həmkəndliləri tanıyıb.
Onun sözlərinə görə, erməni hüquq müdafiəçiləri məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklər.
“Azərbaycanda ermənilərə qarşı cinayət işləri açılır, amma biz onda spekulyativ bir meyl görürük. Bunlarla Azərbaycan beynəlxalq təşkilatlara göstərmək üçün bir müdafiə bazası yaradır”,-deyə hüquq müdafiəçisi qeyd etdi.
Qeyd edək ki, bu videolar internetdə noyabrın 22-də və dekabrın 3-də yayımlanmışdı. Videolarda Azərbaycan ordusu formasında olan hərbçilər mülkilərin başını kəsirdilər.