
ER iqtisadiyyat naziri Vahan Kerobyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Bu barədə məlumatı nER İqtisadiyyat Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqədar şöbəsi verib.
Tərəflər, xüsusilə Ticarət və İnvestisiya Şurasının fəaliyyatinə və sonrakı addımlarına toxundular.
Ermənistanda ödəmə platformalarının (PayPal xidmətləri) mövcudluğu, vençur fondları və Ermənistanda kapital bazarının inkişafı ilə bağlı məsələlər də müzakirə edildi.
Tərəflər, xüsusilə turizm, kənd iqtisadi inkişafı, bazar liberallaşması, elm, yenilikçi kənd təsərrüfatı və biznesin təşviqi sahələrində USAID tərəfindən maliyyələşdirilən proqramlara toxundular.