
Human Rights Watch tərəfindən bu gün yayımlanan hesabatda qeyd olunur ki, Azərbaycan silahlı qüvvələri oktyabrın 8-də Şuşinin Ğazançetsots kilsəsinə qesdən zərbələr endirərək müharibə qanunlarını pozub.
“Oktyabrın 8-də bir neçə saatda Ğazançetsots kilsəsinə iki ayrı hücumları nəzərə alaraq ehtimaldır ki, mədəni əhəmiyyət daşıyan mülki obyekt olan kilsə qesdən hədəf alınıb”- deyə hesabatda qeyd olunur.
Human Rights Watch-a əsasən, kilsənin yalnız səhvən hədəf alına bilməsi barədə İlham Əliyevin iddialarına baxmayaraq, hadisə yerində silahın qalıqları idarə olunan silahın istifadəsini təsdiqləyirlər.
Təşkilat qeyd edir ki, kilsə hərbi hədəflər sırasında deyildi və əlavə edir ki, hücumlar şəhərin erməni qüvvələri nəzarəti altında olduğu zaman baş verib.
“Bu hücumlar qərəzsiz araşdırılmalıdır və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”- deyə Human Rights Watch-un Avropanın Orta Asiya direktoru Hyu Uliyamson qeyd edir.
Beynəlaxlq humanitar hüququ müharibə edən tərəflərdən mülki obyektlər və hərbi hədəflər arasında fərq qomamağı tələb edir. Hərbi məqsədlər üçün istifadə olunmayan mülki obyektlərə hücumlar qadağandır və müharibə cinayəti ola bilər.
Müharibə edən tərəflərdən həm də mədəni irsi hörmət etməyi və dini və tarixi abidələrə həsr olunmuş binalara ziyan vurmaqdan çəkinməyi tələb olunur. Hərbi zərurət olmadığı təqdirdə onlara hücum edilməməlidir.
“Şuşi artıq bir aydan çoxdur ki, Azərbaycanın nəzrəti altındadır və hökumət dərhal hücumları araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Belə hücumlar hərbi hədəf üçün deyil və bütün tərəflər bu cür hücumların cəzalandırılması və qaşısının alınmasını təmin etməlidir”- deyə Uilyamson vurğulayır.