BaşlıcaSiyasət

Qarabağda yeni hadisələrin baş vermə təhlükəsi aradan qaldırılmayıb: Rus ekspertlər

Qarabağda yeni hadisələrin təhlükəsi aradan qaldırılmayıb. Bunu “Riya Novostiya” müsahibəsində Rusiya vasitəçilik missiyasının keçmiş rəhbəri, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə keçmiş səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov deyib.

“Rusiya üçün tərəflərin atəşkəsin qorunması çox vacibdir. Hesab etmirəm ki, müxtəlif hadisələrin baş vermə təhlükəsi aradan qaldırılıb”,- deyə Kazimirov qeyd etdi.

Onun sözlərinə görə, 1994-ci ildə imzalanan və 26 il fəaliyyət göstərən atəşkəsin hansı tərəfinin pozduğuna dair informasiya dərc olunmalıdır.

Rus ekspert Vadim Muxanov da eyni fikirdədir. Onun sözlərinə görə, heç bir zəmanət yoxdur ki. yenidən kəskinləşmə ola bilər. Münaqişənin nizamlanmasına yalnız tərəflərin və siyasi elitaların iradəsi kömək edə bilər.

Daha çox göstər
Back to top button