
Artsaxın Hin Tağer kəndində azərbaycanlıların mühasirəsindən çıxmış 30 erməni hərbçisi indi Yerevan-Gümrü magistralındadır və həmkəndlilərlə yolun Azatavan hissəsini bağlayıb. “SputnikArmenia” ilə söhbətində hərbçilər mühasirədən necə çıxdıqlarını izah ediblər.
“Komandirimiz Arsen Ğazaryan bizimlə postu saxlayıb hər şeyi edəcəkdi. Türklə danışdı, razılığa gədilər ki, biz çıxaq. Türklər dedilər ki, biz gözləyəcəyik, siz çıxın, biz atəş açmayacağıq. Saat beşə qədər bizə vaxt verdiər”- deyə hərbçilərdən biri söyləyib.
Qrupumuz 30 nəfərdən ibarət idi, daha 60 hərbçi ərazidə idi. Oğlanlar azərbaycanlılardan daha çox vaxt istəmək istədilər ki, 60 oğlan da gəlib onlara qoşula bilsin.
“Saat 5:50-də türklər havaya atəş açmaya başladılar, xəbərdər etdilər. Arsen Ğazaryan yenidən danışıqlara getdi. İki yaralı ilə çıxmağı bacardıq. O bizi qaytardı, ancaq orada, digər hərbçilərimiz yanında qaldı. Qəhrəman komandirdir” – deyə digər hərbçi qeyd edir.
İndi 60 hərbçisini və komandirini vətənə salamat qaytarmağı tələb edirlər. Onların sözlərinə görə, Azərbaycan qrupu 1500 nəfərdən ibarət idi, aralarında “Yaşma” xüsusi qrupu da vardı.
Onlar indi 60 hərbçisini və komandirini vətənə salamat qaytarmağı tələb edirlər. Onların sözlərinə görə, Azərbaycan qrupu 1500 nəfərdən ibarət idi, aralarında “Yaşma” xüsusi qrupu da vardı.