BaşlıcaSiyasət

Xtsaberd kəndi yaxınlığında təxminən 60 hərbçidən ibarət bölmə itkin düşüb: Artsax Ombudsmanı

Artsax İnsan Hüquqları Müdafiəçisi Artak Beglaryan yeni erməni əsirləri ilə bağlı məlumatlarla əlaqədar bir sıra orqanlarla və yerdə olan bəzi hərbçilərlə əlaqə saxlayıb.

“Topladığm ilkin məlumatlara görə, bu günlərdə Hadrut bölgəsinin Xtsaberd kəndi istiqamətində, böyük ehtimalla 60-a yaxın hərbçidən ibarət bir bölmə itkin düşüb ki, bu da Azərbaycan tərəfinin yayımladığı videoda görünür”- deyə o “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu hadisə qətiliklə qəbuledilməzdir, bütün xırdalıqları və günahkarları tapmaq üçün hüquq-mühafizə orqanları tərəfindən tez və ciddi şəkildə araşdırma aparılmalıdır.

“Artsax Respublikasının və Ermənistan Respublikasının  bütün səlahiyyətli orqanları, bütün əsirlərimizi bir dəqiqə əvvəl evlərinə qaytarmaq üçün təcili addımlar atmalıdır. Bundan əlavə, əsir düşmüş şəxslərin qohumlarına aydın məlumatlar vermək, mümkün qədər şəffaf ictimai ünsiyyət qurmaq, yalnış məlumat və lazımsız gərginliklərin qarşısını almaq lazımdır”- deyə o yazıb.

Daha çox göstər
Back to top button