ArtsaxBaşlıcaSiyasət

ER Xİ naziri Ermənistanın hansı vəziyyətdə Artsaxı tanıma prosesinə girəcəyini açıqladı

Azərbaycan Artsaxın statusu məsələsini danışıqlar gündəminə çıxartmağa razılıq verməsə, Ermənistan Artsax Respublikasını tanıma prosesinə girəcəkdir.

Bunu ER Xarici İşlər naziri Ara Ayvazyan Fransanın «Le monde» qəzetinə müsahibəsində deyib.

“Xalqların öz müqəddəratlarını təyinetmə hüququ sülh danışıqlarının təməl daşıdır. Ermənistan yalnız Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına imkan vermək üçün Artsaxın müstəqilliyini tanımadı. Bu gün bəzilər Artsaxın statusu məsələsinin hərbi güc tətbiq etməklə gündəmdən çıxarıldığını düşünməklə səhv edirlər.

Bu baxımdan Minsk Qrupu həmsədrləri Artsaxın statusu məsələsinin danışıqların gündəliyində qalacağını bir daha təsdiqlədilər və bu məmnunedicidir. Azərbaycanın bu məsələ ilə bağlı fikir ayrılığı olduğu təqdirdə, Ermənistan Artsax Respublikasının tanınması prosesini nəzərdən keçirəcəkdir”,-deyə ER Xİ naziri qeyd etdi.

Daha çox göstər
Back to top button