BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində rus sülhməramlılar yerlədiriləcək

Dekabrın 17-də Syunik bölgəsinə etdiyi səhər çərçivəsində ER Müdafiə naziri Vağarşak Harutyunyan hərbi hissə komandiri, Syunikin icra başçısı və MTX sərhəd qoşunlarının ərazi bölməsinin komandirinin iştirakı ilə müşavirə keçirib. Bu barədə ER MN-dən məlumat verilib.

Müşavirə zamanı Ermənistan və Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi, yeni sərhədlərdə silahlı qüvvələrin bölmələrinin və sərhəd qoşunlarının yerləşdirməsi ilə bağlı məsələlər müzakirə olunub. Müdafiə naziri sərhəd danışıqlarında iştirak edən yüksək rütbəli zabitlərə qoşunların yerləşdirilməsi, təhlükəsizlik məntəqələrinin yaradılması və istiqamətlərə uyğun olaraq yeni bölmələrin qurulması prosesi barədə təlimat verib. Hərbi hissə komandiri və Syunikın icra başçısı bəzi mübahisəli ərazilərdə aparılan işləri təqdim edib və tərəflər arasında sərhəd müzakirələrinin davam etdiyini vurğulayıb.

Vağarşak Harutyunyan RF sülhməramlı kontingentinin zabitləri ilə də görüşüb, Goris-Stepanakert yolunun nəzarətinə, Ermənistan və Azərbaycanla sərhəddə rus sülhməramlıların yerləşdirmə proqramına, habelə müharibə səbəbi ilə itkin düşmüş şəxslərin axtarışına toxunub.

Daha çox göstər
Back to top button