
Hərbi əməliyyatların Füzuli və Cəbrayıl hissəsində aparılan axtarış əməliyyatları zamanı 41 həlak olmuş erməni hərbçisinin cəsədi tapılıb. Bu barədə Artsax Dövlət Fövqəladə Hallar Xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan “Armenpress”ə məlumat verib.
“Ümumilikdə bu günə qədər 933 hərbçinin cəsədi tapılıb. Bu gün 5 axtarış qrupu 3 istiqamətdə işlərini davam etdirir: Cəbrayıl, Füzuli və Hadrut. Axtarışda itkin düşənlərin qohumları və döyüş əməliyyatları ilə tanış olan insanlar da iştirak edir”- deyə Tadevosyan bildirib.