BaşlıcaSiyasət

Növbədənkənar seçkilər yalnız mənim iradəm və qərarımla ola bilməz: Paşinyan

ER Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanda növbədənkənar seçkilər yalnız onun iradəsi və qərarıyla ola bilməz. Bunun üçün razılıq əldə olunmalıdır. Bu barədə Nikol Paşinyan “Azatutyun” radiosuna müsahibəsində danışıb.

Paşinyan bu vəziyyətdə Baş nazir vəzifəsindən gedib getməməsinə dair sualına belə cavab verib:

“Məsələ Baş nazirin vəzifədən gedib getməməsi deyil. Məsələ kimin ER Baş naziri olmasına kimin qərar verməsidir. Xalq buna öz səsi ilə qərar verməlidir. Növbədənkənar seçkilər yalnız mənim iradəm və qərarımla ola bilməz. Bunun üçün razılıq əldə olunmalıdır”,-deyə Paşinyan qeyd etdi.

Baş nazir həmçinin vurğulayıb ki, özünü bir nömrəli cavabdeh hesab edir, amma bir nömrəli günahkar hesab etmir.

Daha çox göstər
Back to top button