
9 noyabr bəyanatında Ermənistan silahlı qüvvələrinin artıq geri çəkildiyi bölgələr açıq şəkildə qeyd edilmişdir.
Bunu ER XİN sözçüsü Anna Nağdalyan Aysor.am ilə söhbətdə Azərbaycan XİN nümayəndəsi Leyla Abdullayevanın “erməni silahlı qüvvələri Qarabağdan çıxmalıdır” sözlərinə münasibət bildirirkən deyib.
“Aydındır ki, Azərbaycan tərəfi birtərəfli şərhləri ilə, son vaxtlar Artsax-Azərbaycan təmas xəttində yuxarıda göstərilən bəyanatın müddəalarına zidd olaraq atəşkəs rejiminin kobud şəkildə pozulmalarına haqq qazandırmağa çalışırlar”,-deyə Nağdalyan vurğuladı.