ArtsaxBaşlıca

Xtsaberd – Hin Tağer istiqamətində 73 nəfərin taleyi hələ məlum deyil: MO

Artsax Müdafiə Ordusundan verilən məlumata görə, müxtəlif KİV-lər Xtsaberd – Hin Tağer istiqamətində itkin düşmüş erməni hərbçiləri barədə yazıblar. Xüsusilə də 171-ə qədər erməni hərbçinin itkin düşməsini yayırlar. Bu xəbərlər həqiqəti əks etdirmir.

“Artsax Müdafiə Nazirliyi məlumatlandırır ki, qeyd olunmuş istiqamətdə 73 nəfərin taleyi hələ məlum deyil. Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə hərbçilərimizin taleyini ən qısa zamanda öyrənmək üçün təcili işlər görülür”,-məlumatda deyilir.

ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan məsələni yerində araşdırmaq və lazımi tədbirlər görmək üçün Artsax Respublikasına yola düşdü.

Daha çox göstər
Back to top button